ChatGPT-dən daha bir YENİLİK - "Bəstəkar" süni intellekt yaradıldı

ChatGPT-dən daha bir YENİLİK - "Bəstəkar" süni intellekt yaradıldı
09:09

"OpenAI" şirkəti süni intellektdən istifadə edərək musiqi yaratmaq üçün yeni platforma hazırlayır.

Bu barədə "The Information" məlumat yayıb.

Nəşrin məlumatına görə, "OpenAI" dünyanın aparıcı ifaçılıq sənəti qurumlarından biri olan Culyard Məktəbi ilə əməkdaşlıq edir.

Yeni platforma həm musiqi əsərlərini sıfırdan yaratmağa, həm də mövcud səsyazmaları, məsələn, vokal parçalarına instrumental hissələr əlavə etməklə təkmilləşdirməyə imkan verəcək.

Texniki detallar və buraxılış formatı hələlik açıqlanmır.



Sizin reklam burada
Sizin reklam burada