Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV

Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV
16:39

Çexiyanın Baş naziri Andrey Babiş apreldə Bakıya səfər etməyi planlaşdırır.

Bu barədə  Çexiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Aprelin sonunda Baş nazirin Bakıya səfəri gözlənilir", - səfirlikdən qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş yanvarda Davos İqtisadi Forumunda görüş zamanı qarşılıqlı səfərlər barədə dəvət mübadiləsi aparıblar.


Sizin reklam burada
Sizin reklam burada