“Cənubi Qafqazda normallaşma üçün tarixi şərtlər formalaşıb”- Anar Əliyev

“Cənubi Qafqazda normallaşma üçün tarixi şərtlər formalaşıb”- Anar Əliyev
26 May 2025 15:25

Cənubi Qafqazda münasibətlərin normallaşması prosesinə xarici müdaxilələrin artdığı müşahidə olunur.

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, bu prosesin irəliləməsi bəzi ölkələrin regional maraqları üçün təhdid kimi qiymətləndirilir:

“Münasibətlər normallaşdıqca, bu prosesə qarşı olan dövlətlər aktivləşirlər. Təəssüf ki, bu, yalnız Fransayla məhdudlaşmır. Biz həmçinin Rusiyanın, İranın Ermənistana yüksək səviyyəli səfərlərini gördük. Həmin görüşlərdə əsasən təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Bu da göstərir ki, bölgədə maraqlı tərəflərin fəallığı artır”.

Anar Əliyev əlavə edib ki, bölgədə sülhün və əməkdaşlığın bərqərar olması üçün real fürsətlər yaranıb:

“Cənubi Qafqazda münasibətlərin normallaşması üçün artıq ciddi tarixi şərtlər mövcuddur. Bu fürsətin reallaşması üçün Ermənistanın qətiyyətli iradə ortaya qoyması vacibdir. Əks halda, xarici təsirlər prosesi ləngidə bilər. Xoşbəxtlikdən Azərbaycan və müttəfiqləri bu cür müdaxilələrin əksəriyyətini neytrallaşdırıb”.

Politoloq hesab edir ki, Avropa ölkələrindən, xüsusilə Macarıstandan bölgəyə olan səfərlər, eyni zamanda sülh prosesinə dəstək məqsədi daşıyır və bu, müsbət hal kimi qiymətləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada