Cənubi Koreya məhkəməsi keçmiş dövlət başçısı Yun Sok Yolun həbs müddətini daha altı ay uzadıb.
News365.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, keçmiş prezident 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə bağlı dövlətə xəyanət də daxil olmaqla bir neçə əlavə ittihamla üzləşib.
2025-ci ilin iyulunda isə Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidentinin həbsinə order verib.