Cəlilabadda oğlan dayısı yoldaşını ÖLDÜRÜB

Cəlilabadda oğlan dayısı yoldaşını ÖLDÜRÜB
18:40

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb. 

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. 

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada