Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü
15:22

Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

News365.az xəbər verir ki, bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib. 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada