BMT Baş Assambleyası Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə bağlı qətnamə qəbul edib.
News365.az xəbər verir ki, Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə lehinə 93 ölkə səs verib.
ABŞ, İsrail və Macarıstan da daxil olmaqla, 18 dövlət isə qətnamənin əleyhinə çıxıb.
65 ölkə (o cümlədən Ermənistan) bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.
Qətnamədə BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, gərginliyin azaldılması, hərbi əməliyyatların sürətlə dayandırılması və Ukraynaya qarşı böyük dağıntılar və insan iztirabları, o cümlədən mülki əhali arasında itkilərə səbəb olan müharibənin sülh yolu ilə həlli tələb olunur.
Qətnamədə “Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmasını və Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmasını tələb edən” indiyədən qəbul edilmiş müvafiq qətnamələrin tam icrasının zəruriliyi xatırladılır