Qar yağmasın. Şaxta olmasın.
Nifrət edirəm saxtaya, qara, yağışa.
90-larda kəndimizdə işıq yox idi, qaz heç...
Suyumuzu anam əlində vedrə ilə kanaldan daşıyırd
Odun sobası yaş odun olduğuna görə tüstüləyirdi.
Anam qışın soyuğunda su daşıyardı.
Əlləri donardı. İnəkləri sağardı.
Ayağındakı "qaloş" ayaqlarını üşüdərdi.
Nifrət edirəm qışa, soyuğa.
Anam suyu daşıyardı, odun sobassının üstünə qoyub donmuş əllərini qızdırmaq istəyərdi.
Ağlayardı.
Əlləri sızlayardı.
Nifrət edirəm soyuğa, şaxtaya, qışa.
Atamla 11 yaşımda kolların arasından iydə kötükləri axtarardıq.
Bizdə "hərrə" deyırdilər ikinəfərlik mişara.
Balacaydım.
Amma atam bir ucundan tutar, mən bir ucundan tutardım, yaş da olsa kəsərdik.
Gətirib sobaya atardıq. Evimizi tüüstü boğardı.
Səhər dərsə gedəcəkdim. Atamdan pul istəyə bilməzdim. 1991-ci il.
Anam çörəyin arasına ya əncir mürəbbəəsi yığardı, ya da şor.
Ən çox xoşbəxt olduğuğumuz anamın şəkər tozundan qənd bişirməsi idi. Mixəkli, sarıköklü qənd.
Səhər anamın əlləri dona-dona inəklərdən sağdığı südlə bizə verdiyi çay əvəzi içəcək.
Hə o zaman çay almaq da çətin idi.
Qışa nifrət edirəm.
Anamın əlləri üşüyürdü.
Anamın barmaqları ağrıyırdı.
Anam ağlayırdı o günlərdə.
Hər şeyə nifrət edirəm.
Çünki bir gün anam da xoşəbəxt olacaqdı deyə ona vəd vermişdim.
12 yaşımdan azadlıq uğrunda meydanda idim. Bacarmadım. Heç özüm də xoşbəxt ola bilmədim((
Olmadı ANA!
Məni bağışla!
MƏN YENƏ QIŞA NİFRƏT EDİRƏM!
Razi Abasbəyli