Bu yollarda sıxlıq yaranıb - DİN məlumat yaydı

Bu yollarda sıxlıq yaranıb - DİN məlumat yaydı
00:31

Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb. Yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, "Milli Gimnastika Arenası"nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, "Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;

4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;

5. Yasamal rayonu, Tbilisi prospekti, körpü, “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;

6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.


Sizin reklam burada
Sizin reklam burada