Bu yerlərdə işıq OLMAYACAQ

Bu yerlərdə işıq OLMAYACAQ
11 İyl 2025 10:59

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
 

Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Bakı-Sumqayıt şosesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, "Kənd Xırdalan" adlanan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Sizin reklam burada
Sizin reklam burada