Bu ölkədə İLK: 17 yaşına çatmış bütün vətəndaşlar orduda xidmətə ÇAĞIRILDI

Bu ölkədə İLK: 17 yaşına çatmış bütün vətəndaşlar orduda xidmətə ÇAĞIRILDI
15:25

Belçika Müdafiə Nazirliyi ilk dəfə olaraq 149.000 məktub göndərərək bütün 17 yaşlı vətəndaşları orduda xidmət etməyə çağırıb. 

Bu barədə nazirliyin rəhbəri Teo Franken sosial media səhifəsində məlumat verib.

Franken yazıb: "Dünən (srağagün – red.) 149.000 məktub göndərilib. Ölkədəki bütün 17 yaşlılar hərbi xidmətə çağırılırlar”.Daha əvvəl bildirilmişdi ki, Belçika yüksək intensivlikli münaqişələrdə iştirak etmək üçün 2035-ci ilə qədər ordusunu təxminən ikiqat artıraraq 31.000-dən 55.800-ə çatdıracaq.


Sizin reklam burada
Sizin reklam burada