Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu
11:00

Bu gün Bakı vaxtı ilə 6:33-də Qırğızıstanın Narın vilayətinin Narın şəhərindən 71 kilometr məsafədə 5 bal gücündə zəlzələ baş verib.   

News365.az xəbər verir ki, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.  İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. 

Öz növbəsində, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji müşahidələr və tədqiqatlar üzrə milli elmi mərkəzinin seysmik stansiyaları da Astana vaxtı ilə saat 08:33-də (Bakı vaxtı ilə 07:33 - red.) yeraltı təkanı qeydə alıb. 

Onların məlumatına görə, zəlzələ ocağı Almatıdan 279 kilometr cənub-qərbdə, Qırğızıstanda olub. Geofizika Tədqiqatlar İnstitutunun Milli Məlumat Mərkəzi zəlzələnin 11 kilometr dərinlikdə yerləşdiyini qeyd edib. Zəlzələ Rixter cədvəli üzrə 5.1 bal gücündə olub. Zəlzələ paytaxt Almatıda da hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada