Bu ölkədə 6,7 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 6,7 bal gücündə ZƏLZƏLƏ oldu
27 Mar 2025 14:18

Yeni Zelandiyanın cənub adasında 6,7 bal gücündə zəlzələ baş verib.

News365.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS), episentri Cənubi Adada olan 6,7 bal gücündə zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

İlkin məlumata görə, can və mal itkisinə səbəb olmayan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Yeni Zelandiya Milli Fövqəladə Hallar İdarəsi vətəndaşlara dənizdə güclü axınların ola biləcəyini bildirərək, çimərliklərdən və dənizdən uzaq durmaq barədə xəbərdarlıq edib.


Sizin reklam burada
Sizin reklam burada