Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - VİDEO
Cəmiyyət
10:24
Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.
News365.az xəbər verir ki, bu barədə "AzParking MMC”nin məlumatında bildirilib.
Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq. Marqarita pizza
Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.
Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.