Bu, Bakının diplomatik qələbəsidir - Deputat

Bu,  Bakının diplomatik qələbəsidir - Deputat
12:44

 "Bir zamanlar Azərbaycanla Ermənistana “çəkişməyə son qoyun, aranızdakı problemi danışıqlar masası arxasında çözün” deyənlərin, əməldə isə bunun əksinə çalışanların hamısı  indi ya özlərinin  birbaşa savaşın içindədirlər, ya da savaşa qatılanların yanında yer aldıblar. Dövlətimiz isə beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşür ki, onlardan biri də gündəliyi 'Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması'na həsr olunmuş XIII Qlobal Bakı Forumu idi.

Cənab İlham Əliyev həmin forumda bir vaxtlar bizim üzləşdiklərimizlə indi üzləşən dövlətlərə üzünü tutaraq deyir ki, haqlı olduğunuza əminsinizsə, sizi əngəlləməyə çalışanlara fikir verməyin! Torpaqlarımız işğal altında olanda kimsə Azərbaycan Prezidenti sayaq açıq şəkildə bizə bunu deyirdimi? Xeyr, demirdilər, amma buna baxmayaraq millətimiz və dövlətimiz təsəvvürə belə gətirilməyən bir reallıq yaratmağı bacardı".

News365.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, ələ bir reallıq ki, Bakıda XIII Qlobal Forum keçirilən gün Ermənistanın baş naziri Avropa Parlamentində Qarabağdan özləri çıxıb gedən soydaşlarının emosional hissləri ilə oynamamaq çağırışı edir, onların geri dönməyəcəklərini bildirirdi. "Qarabağı özləri tərk edənlərin geriyə dönüşləri ilə bağlı bir neçə qətnamə qəbul edən Avropa Parlamentindəkilər  üçün bunun nə demək olduğu yəqin ki, aydındır. Və o da aydındır ki, Paşinyanın həmin çıxışı da, oradan dövlət başçımıza bir daha minnətdarlığını bildirməsi də, eyni gündə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də, Fransa Prezidenti Makronun cənab İlham Əliyevə zəng edərək Azərbaycana qarşı hava hücumunu pisləməsi, bizimlə həmrəyliyini dilə gətirməsi də bir-birinə bağlı məsələlərdir və ötən il avqustun 6-da Vaşinqtonda üzə çıxan reallığın Avropada da həzm olunmasıdır. Bu, 2024-cü ilin 5 aprelində Brüsseldə keçirilən üçlü görüşdəki məkrli planın üstündən xətt çəkilməsi və Azərbaycan diplomatiyasının qələbəsi deməkdir",- o vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada