Bu avtobuslarda da nağdsız ödəniş mümkündür- AYNA

Bu avtobuslarda da nağdsız ödəniş mümkündür- AYNA
13:12

Azərbaycan gətirilən və müntəzəm marşrut xətlərində istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib.

News365.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

"Rəqəmsal texnologiyaların geniş tətbiqi və sərnişinlərin rahatlığının təmin olunması məqsədilə ictimai nəqliyyatda nağdsız ödənişlərin əhatə dairəsinin tədricən genişləndirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır. İctimai nəqliyyat vasitələri parkının yenilənməsi çərçivəsində ölkəyə gətirilən və müntəzəm xətlərdə istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib. Bu cihazların tətbiqi qanunvericiliyin tələblərinə uyğun olaraq marşrutlara dair daşıyıcı şirkətlər arasında keçirilən müsabiqənin də mütləq şərtlərindən biridir”, - deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada