Britaniya Kiyevə 100 min PUA göndərir

Britaniya Kiyevə 100 min PUA göndərir
04 İyn 2025 09:50

Böyük Britaniya 2025-ci ildə Kiyevə 100 min pilotsuz uçan aparat tədarük etmək niyyətindədir. Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Britaniya Müdafiə Nazirliyinin press-relizinə istinad ediblər.

Sənəddə bildirilir ki, London Kiyevə pilotsuz təyyarələrin tədarükünü on dəfə artıracaq. Yəni, 2024-cü ildə 10 min PUA göndərilmişdisə, 2025-ci ildə bu rəqəmin 100 minə çatdırılması planlaşdırır.

Bunun üçün rekord məbləğdə - 350 milyon funt-sterlinq (474 ​​milyon dollardan çox-red.) xərclənəcək.

Planlaşdırılan investisiya Britaniyanın Kiyevə hərbi yardımının bir hissəsini təşkil edəcək və 2025-ci ildə 4,5 milyard funt sterlinq (5,5 milyard dollar) təşkil edəcək.

Həmçinin digər planlaşdırılan mühüm məsələlər də var. Məsələn, çərşənbə günü Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna Silahlı Qüvvələri əsgərlərinin təliminə 247 milyon funt sterlinq (334 milyon dollardan çox) əlavə investisiya yatırılacağını elan edəyi gözlənilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada