Böyük qələbə qazanmış liderlərin oxşar FOTOSU

Böyük qələbə qazanmış liderlərin oxşar FOTOSU
15:35
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin son nöqtəsi 8 noyabrda qoyuldu. Azərbaycan 200 ildən çox Qələbə günlərinə həsrət idi.
Əlbətdə, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti də ermənilər üzərində qələbə qazanmış və 1920-cı ildə Xankəndi şəhəri üzərində üç rəngli bayrağımızı qaldırmış idi. Lakin qısa zaman çəkdiyindən xalqımız və dövlətimiz bu Qələbəni tam qeyd etməkdən mərhum idi. Lakin 2020-ci ildə əldə edilən Qələbə beş ildir ki, davam edir və inanırıq ki, dünyanın sonuna qədər də belə davam edəcək.
Hər zaman Qələbə günü qeyd ediləndə dünyanın nəhəng isimlərindən biri olan Böyük Britaniyanın 61-ci baş naziri Vinston Çörçillin bu fotosu yadıma düşür. Qeyd edim ki, Vinston Çörçill ədəbiyyat üzrə Nobel mükafatını qazanan ilk və yeganə dövlət başçısıdı. 1953-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb. Londonda parlamentin qarşısında onun abidəsində cəmi bir söz – “Çörçill” yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub. 1946-cı il mart ayının 5-də Britaniyanın baş naziri Vinston Çörçil nitqi bu gün də dərsliklərdə öz əksini tapıb.
Fotoya diqqətlə baxın: O, 1945-ci ildə məğlub Almaniyanın lideri Adolf Hitlerin kreslosunda əyləşib. Bu fotoşəkil Berlində, Furerbunkerin yerləşdiyi sərhəddə çəkilib. Bu Qələbənin rəmzi sayılır.
İkinci foto isə onun Qələbə (Viktoriya) işarəsidir.
Növbəti foto isə 4 oktyabr 2021-ci il 44 günlük müharibədən sonra Cəbrayıl rayonunda çəkilib. Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan işğalından azad edilən İranla sərhəddə yerləşən Cəbrayıl rayonuna səfəri zamanı Qələbə (Viktoriya) işarəsi göstərir.
Bu iki foto tarixdə böyük qələbə qazanmış liderləri oxşar edir. Biri faşist Almaniyası üzərində, digəri isə faşist Ermənistanı üzərində qazanılan Qələbənin işarəsidir. Bu qələbələr xalqları böyük dünyada qüdrətli edir.
Azərbaycan xalqı da qüdrətli xalqdır ki, faşizm üzərində Qalibdir. Zəfərimiz mübarəkdir. Bayraq bir daha enməsin. Göydə ay və ulduzlar himayəsində olsun üç rəngli Bayrağımız!
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada