Suriyada gərginlik pik həddə: Çox sayda ölən var

Suriyada gərginlik pik həddə: Çox sayda ölən var
30 Apr 2025 20:45

Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla hökumət qüvvələri arasında yenidən toqquşma olub.


News365.az xəbər verir ki, bu barədə hökumətin təhlükəsizlik xidmətinin nümayəndəsi məlumat verib.


Bildirilib ki, toqquşmalar zamanı təhlükəsizlik xidmətinin 16 əməkdaşı öldürülüb. Silahlı qruplaşmalar bir neçə yolu bağlayıb. Onları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq olunub.


“Syria TV” telekanalının məlumatına görə, son bir neçə saat ərzində çox sayda dinc sakin ölüb və yaralanıb.


Qeyd edək ki, ötən gün Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.


Belə ki, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib.


Bu gün isə İsrail druzların müdafiəsinə qalxıb və Dəməşqin ətrafına zərbələr endirib.


Sizin reklam burada
Sizin reklam burada