Bir medalın iki üzü

Bir medalın iki üzü
11 İyl 2025 12:41

İranın Bakıdakı və İrəvandakı səfirləri sanki fərqli təlimat kitabçası ilə işləyir. Bakıdan səfir sülh, əməkdaşlıq və qardaşlıq mesajı verir, İrəvandakı səfir sanki ofline rejimdədir və sonuncu baş verən prosesslərdən xəbərdar deyil. Adama elə gəlir ki, İranda 2 XİN var, onlardan biri Bakı, digəri İrəvanla işləyir. Bu gün İran xarici siyasəti əslində İvan Krılovun "Лебедь, Щука, Рак" təmsilini xatırladır. Hərə bir tərəfə çəkməyə çalışır, ancaq nəticə etibarı ilə olduğu yerdən tərpənə bilmir. Regionda artıq Azərbaycan və Ermənistan bir çox məsələdə eyni magistrala çıxıb, eyni istiqamətə getməyə başladığı dönəmdə İran səfirlərinin bir-birinin əksinə münasibəti fərqli istiqamətə dartmaq niyyətləri əslində daxildə olan parçalanmasının təzahürüdür.

Aqil Məmmədov, siyasi ekspert


Sizin reklam burada
Sizin reklam burada