Bir ilə 100 milyona yaxın qazandılar

Bir ilə 100 milyona yaxın qazandılar
18 Apr 2025 08:45

"Forbes" jurnalı aktyorların qazancları ilə bağlı 2024-cü ilin yekunlarına dair məqalə dərc edib. Nəşr  ən çox qazanan aktyorların siyahısını tərtib edib.

Siyahıya növbəti dəfə "Missiya: Qırmızı" komediyası və "Moana 2" cizgi filmində Maui rolunu səsləndirən. Dueyn Conson başçılıq edib. O, bu cizgi filminin həm də prodüser kimi çıxış edib. Conson hər iki əməyinə görə keçən il təxminən 88 milyon dollar qazanıb.

Rayan Reynolds "Deadpool and Wolverine" filmi sayəsində 85 milyon dollar qazanmaqla siyahıda ikinci olub.

Üçüncü yeri isə 81 milyon dollar qazanan Kevin Hart tutub. Son bir il ərzində aktyor çoxlu filmlərdə çəkilib.

Top 10-luğun tam versiyası belədir:

Dueyn Conson - 88 milyon;

Rayan Reynolds - 85 milyon;

Kevin Hart - 81 milyon;

Cerri Seynfeld - 60 milyon;

Hyu Cekman - 50 milyon;

Bred Pitt - 32 milyon;

Corc Kluni - 31 milyon;

Nikol Kidman - 31 milyon;

Adam Sandler - 26 milyon;

Uill Smith - 26 milyon.

Tural


Sizin reklam burada
Sizin reklam burada