Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunu

Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunu
19:40

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasənŞahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtərdə arabir yağış yağır.

Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. 

Dumanda görünüş 200 metrədək məhdudlaşır.


Sizin reklam burada
Sizin reklam burada