Benzinə su qatılır- Ekspertlərdən İDDİA

Benzinə su qatılır- Ekspertlərdən İDDİA
11:12

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı iddia edir ki, ölkəmizdə istehsal olunan benzinə su və digər qatqılar əlavə olunur. Bunun da nəticəsində avtomobillərin benzin nasosları qısa zamanda sıradan çıxır. Belə hallar daha çox yeni avtomobillərdə qeydə alınır.

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. News365.az-a açıqlamasında o Elməddin Muradlının haqlı olduğunu dedi:

“Bu barədə bizə telefon vasitəsi hər gün şikayət edilir. Yazılı müraciətlər də olur. Hələ 6 il öncə “Lukoil”la bağlı yazılı şikayət olunmuşdu. Bu şikayətin arxasınca məhkəməyə qədər getdik. Sonda şikayətçi qarşı tərəfin barışıq təklifi ilə razılaşdı. Amma problem hələ də qalmaqdadır. Çünki, bu sahəyə ictimai nəzarət yoxdur. Qeyri-şəfvaflıqdır. Bundan da ən çox əziyyət çəkən avtomobil sahiblərdir. Vətəndaş təzə avtomobil alır, keyfiyyətsiz benzindən istifadə edir və qısa müddətdə mühərrik sıradan çıxır. Zəmanəti olduğu üçün şirkətə gəlirlər ki, maşının mühərriki çalışmır, bunu dəyiş. Keyfiyyətsiz benzin səbəbindən şirkətlər də böyük zərərə düşürlər. Həmin şirkətlər şifahi şəkildə bizə də müraciət edir. Lakin məsələnin rəsmiyyətə salınmasından nəyə görəsə ehtiyatlanırlar. Hətta şirkətlərin birinə təklif etdik ki, test üçün sizdə olan cihazın birini bizə verin. Ondan da çəkindilər.Ümumiyyətlə son zamanlar insanlar yeni avtomobil almaqdan çəkinirlər. Çünki, yeni avtomobillər yanacağa çox həssasdırlar. Bizdə də benzinin keyfiyyəti çox aşağıdır”.

Məsələ ilə bağlı SOCAR-a sorğu göndərdik. Ona görə də mövzunu açıq saxlayırıq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada