"E-emlak.gov.az" portalı ləğv edilir

"E-emlak.gov.az" portalı ləğv edilir
14 Apr 2025 17:30

Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək.

"Report" quruma istinadən xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib.

Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir. 


Sizin reklam burada
Sizin reklam burada