Suriyada zabitlərin çevriliş cəhdinin qarşısı alınıb

Suriyada zabitlərin çevriliş cəhdinin qarşısı alınıb
16 Apr 2025 16:50

Suriyanın təhlükəsizlik xidməti orqanları Müdafiə Nazirliyi ilə birlikdə ordunun keçmiş zabitlərindən ibarət qrupun planlarını ifşa edib. Təhlükəsiszlik xidməti əməkdaşları zabitlər tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhdin qarşısını alıblar. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə daxili işlər naziri  Ənəs Xəttab məlumat yayıb.


Daxili İşlər Nazirliyinin məlumatına görə, sui-qəsdçilər “devrilmiş rejimin” tərəfdarlarına arxalanaraq hazırkı hökuməti devirməyi planlaşdırırlarmış. Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.

"Biz əvvəlki rejimin zabitləri tərəfindən hazırlanan dövlət çevrilişi planlarının qarşısını aldıq. Bu, silahlı qüvvələrimizin və xalqımızın səyi nəticəsində mümkün olub", - deyə rəsmi açıqlamada bildirilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada