Belçika krallığı ABŞ səfirini xarici işlər nazirliyinə çağıraraq ona xəbərdarlıq edib.
News365.az xairici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ səfirinin Belçika hökümətini "X" soisal şəbəkəsində yahudi haqqlarını tapdalamağda və antisemitizmdə günahlandırması olub.
Krallıq səfiri ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb. Belçika qanunlarına hörmətlə yanaşmağa çağırıb. Kiçik məsələləri konteksdən çıxarıb, ölkəni antisemitizmdə ittiham etməsinin böyük hüquq pozuntusu olduğu səfirin diqqətinə çatdırılıb.
Bütün bunların baş vermə səbəbi isə Belçika hökümətinin Antverpen şəhərində 3 nəfər yahudinin tibbi sertifikati olmadan uşaqları sünnət etməsi halının araşdırılması mövzusu olub.
Məhz bu hadisəyə görə, ABŞ səfiri Bill Vayt sosial şəbəkədə Belçikanı yahudi dəyərlərinə hörmətsizlikdə və antisemitizmdə ittiham edib.