BƏƏ Yəməndən sonuncu qoşunlarının çıxarılmasını təsdiqləyib

BƏƏ Yəməndən sonuncu qoşunlarının çıxarılmasını təsdiqləyib
02 Yan 2026 23:00

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndən sonuncu qoşunlarının çıxarılmasını təsdiqləyib və ölkənin cənubundakı separatçılara hava zərbələri endirən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı gərginliyi azaltmağa çağırıb.

News365.az xəbər verir ki, bunu BƏƏ hökumətinin adı açıqlanmayan üzvü AFP xəbər agentliyinə açıqlayıb.

"BƏƏ dialoqa, gərginliyin azaldılmasına və beynəlxalq səviyyədə dəstəklənən sülh prosesinə sadiq qalır", - məmur bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada