BƏƏ-də həbsdə olan 220 fillipinli əfv edilib

BƏƏ-də həbsdə olan 220 fillipinli əfv edilib
06 Yan 2025 15:17

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müxtəlif cinayətlərə görə həbs olunan 220 filippinli azadlığa buraxılıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki,  bu addım ölkənin 53-cü milli gününün qeyd olunması ilə bağlı atılıb.

Filippinin Xarici İşlər Nazirliyi açıqlamasında əfv qərarının iki ölkə arasında mövcud dostluq əlaqələrini nəzərə alaraq qəbul edildiyi bildirilib.

Hazırda Filippinin Xarici İşlər Nazirliyi və Əbu-Dabidəki səfirliyi əfv olunmuş şəxslərin vətənə qaytarılması ilə bağlı tələb olunan prosedurları həyata keçirir.

Qeyd edək ki, ötən ilin iyununda da Qurban bayramı münasibətilə BƏƏ-də saxlanılan 143 filippinli azadlığa buraxılmışdı. 


Youtube kanalımız