ABŞ-nin maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen müzakirələr aparıb. Canet Yellen ilk növbədə çinli həmkarını Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya maliyyə dəstəyinin Pekin üçün ciddi nəticələrini olacağını bildirib. O bu açıqlamayla Pekinin Rusiyaya maliyyə yardımını dayandırmağa çağırıb. Tərəflər eyni zamanda hər iki ölkədəki makroiqtisadi dəyişiklikləri müzakirə ediblər. Onlar həmçinin keçən il birgə təsis etdikləri iqtisadi və maliyyə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçiriblər.
ABŞ maliyyə naziri Çinin kiber fəaliyyətlərdən narahatlığını də səsləndirib. O bunun ikitərəfli iqtisadi əlaqələrə mənfi təsir etdiyin vurğulayıb. Bundan başqa amerikalı maliyyəçi Çinin qeyri-bazar üsulllarıyla ticarət aparmasına toxunub. Bu arada, “Wall Street Journal” amerikalı biznesmenlərinin investisiyalarını Çindən başqa ölkələrə köçdüyünü yazıb. Bu durum Pekinin iqtisadi problemləri və Amerika şirkətlərinin Çində uğur qazanmasını çətinləşdirdiyi bir vaxtda təsadüf edib. Donald Trampın Ağ Evə qaydışı da iki ölkə arasındakı iqtisadi münasibətlərə yaxşı heç nə vəd etmir.
ABŞ-ın maliyyə naziri çinli həmkarıyla iqtisadi əlaqələri müzakirə edərkən Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin regional rəqibi olan Hindistana səfər edib. Səfərin məqsədi iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi yollarının müzakirəsi olub. ABŞ və Hindistan hərbi-texniki əməkdaşlıqla yanaşı, mülki kosmos sahəsində də tərəfdaşlığı genişləndirməyi hədəfləyirlər. ABŞ Hindistanda reaktiv mühərriklərin birgə istehsalını planlaşdırıb. Sallivan Dehlidə Çinin yaratdığı çətinlikləri və onların aradan qaldırılmasında Hindistan-ABŞ əməkdaşlığının əhəmiyyətindən danışıb. Sallivan ayrıca, Dehlidə “Birləşmiş Ştatlar və Hindistan: Ortaq gələcəyin qurulması” adlı tədbirdə çıxış edib. O çıxışında regionda daha böyük təhlükəsizliyin təmin edilməsində iki ölkənin əməkdaşlığının rolunu qeyd edib. Ceyk Sallivanın sözlərinə görə, Prezident Baydenin və baş nazir Narendra Modi Çindən asılı olan sektorlarda istehsalı stimullaşdıran milli proqramlara investisiya qoymağı prioritet hesab etdikləri qənaətindədirlər.
Bayden, hakimiyyəti Trampa təhvil verdiyinə görə, Hindistanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafıyla yeni administrasiya məşğul olacaq. 2000-ci illərdən başlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın miqyası artıb, vacib olan yarımkeçiricilərin birgə istehsalı proqramları mövcuddur. Amerika və Hindistan startapları hərbi tətbiqlər üçün yeni texnologiyalar hazırlamaq üçün birlikdə işləyirlər. Vaşinqton Hindistanla yanaşı Yaponiya və Cənubi Koreya ilə də strateji müttəfiqliyi yeni səviyyəyə qaldırmaq istəyir. Bu dövlətlər kosmosun birlikdə kommersiya tədqiqatlarını genişləndirməyə çalışırlar.
“Atlas” Araşdırmalar Mərkəzi