"Bu Paşinyanın növbəti oyunu və saxtakarlığıdır"- Politoloq

"Bu Paşinyanın növbəti oyunu və saxtakarlığıdır"- Politoloq
16:26

"Paşinyan hələ də Azərbaycana qarşı ərazi iddiasındadır".

Politoloq Xəyal Bəşirov bunu News365.az-a deyib. 

"17 maddəlik sülh sazişinin mahiyyətinə nəzər yetirsək razılaşdırılmış bəndləri, razılaşdırılmayan bəndlərdən daha çətin idi.  Bu Paşinyanın növbəti oyunu və saxtakarlığıdır. Razılaşdırılmayan bəndləri odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər. Özünün konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks olunduğu müstəqillik bəyannaməsinə istinad olunur. Ermənistan bundan əl çəkmək istəmir. Amma Ermənistanın baş naziri bütün çıxışlarında qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın baş naziri ən son bu təkliflərində nəyə addım atır.?

Azərbaycana qaytarılmış kəndlər beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır və onlar tarixi Azərbaycan kəndləri idi. Ermənistan tərəfi onların Azərbaycanın kəndləri olduğuna görə məcbur qaldı ki Azərbaycana qaytarsın. Həmin kəndlərin adları Azərbaycan toponimləri adlandırılır. Ermənistan baş naziri sosial şəbəkə hesabında həmin bu kəndləri Azərbaycanın Aşağı Əsgipara və Qızılhacılı kəndlərini erməni dilində səsləndirir. Belkaber və Voskepar. Bu adlarla səsləndirir və iddia edir ki biz bu sənədləri müəyyənləşdirmişik, bunun davamını gətirə bilərik. Əgər sən Azərbaycan ərazilərini öz erməni dilində səsləndirirsənsə deməli sən hələ də Azərbaycana qarşı ərazi iddialarındasan"- deyə vurğulayıb. 

 News365.az



Youtube kanalımız