Qarabağın işğalına son verilməsi həqiqətən də bölgədəki davamlı sülhün təmini baxımından inanılmaz dərəcədə əhəmiyyətli bir mərhələ idi. Artıq bölgədə yaranan sülhün davamlı hala gətirilməsi, rəsmi hal alması vacibdir. Qafqazda son 100 ildə qeyri-sabitliyin hökm sürməsi heç birimizin lehinə olmadı. İndiki sabitliyi davam etdirmək mümkündür və bunun üçün tarixi fürsət yaranıb.
News365.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan AZƏRTAC-ın sualını cavablandırarkən bildirib.
”Prezident İlham Əliyevin bu baxımdan qərarlı liderliyini təqdir edirik. Azərbaycan Prezidentinin həm ölkəsini, həm də bölgəni inkişaf etdirmək baxımından atmaq istədiyi addımlar mühüm əhəmiyyət daşıyır”, – deyən nazir bölgədə davamlı sülh istiqamətində artıq imzaların atılması üçün qalan bir neçə maddənin də tamamlanmasının lazım olduğunu bildirib və bu il bunun başa çatacağına ümid etdiyini deyib