Xəbər verdiyimiz kimi Binəqədi rayonunda yerin altında neft çıxdığı iddia edilir.
News365.az bununla bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
Onun sözlərinə görə quyulardan sızma neft ola bilər:
“Binəqədidə yolun ortasından neft çıxırsa, zəng edib bununla bağlı məlumat vermək lazımdır. Mən düşünürəm ki, ordan neft çıxmır, sadəcə quyulardan sızmadır.”
***
Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edilir.
News365.az xəbər verir ki, kənd sakini son zamanlar torpaq səthində neft ləpirinin göründüyünü və bunun təbii neft olduğunu düşündüklərini bildirib.
O, bununla bağlı sosail şəbəkələrdə video paylaşıb.
Hadisə ilə bağlı mütəxəssislər hələ ki, rəsmi açıqlama verməyiblər.