Deputat borc əvəzi 20 milyonluq əmlakını verdi

Deputat borc əvəzi 20 milyonluq əmlakını verdi
10 Yan 2025 20:30

VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.


News365.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya iş adamına yaxın mənbələr bildirib.


Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadənin külli miqdarda borc içində olduğunu yazmışdı.


Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.


Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.


Youtube kanalımız