Ermənistanın daxilində nə baş verir?
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Mehman İsmayılov bildirir ki, "Ermənilər arasında siyasi deyil, ideoloji boğuşma gedir:
"Ermənilər arasında siyasi deyil, ideoloji boğuşma gedir. Çünki erməni ideologiyası ilə konkret sülh məsələləri qəti şəkildə üst-üstə düşmür. Ermənilərə Qərbdən, Vatikandan, Birləşmiş Ştatlardan, Avropa İttifaqından verilən tapşırıq ilə bugünki Azərbaycan və Türkiyənin yaratdığı reallıq üst-üstə düşmür. O səbəbdəndə Ermənistanın içərisində ideoloji savaş gedir. Erməni kilsəsi ilə siyasi hakimiyyət, Daşnaklarla siyasi hakimiyyət, Erməni diasporu ilə siyasi hakimiyyət, Rusiyadakı Erməni diasporu ilə Ermənistandakı siyasi hakimiyyət arasında kəskin qarşıdurma gedir. Bu ideoloji erməni boğuşması Ermənistan üçün yaxşı heç bir şey vəd etmir.
Ermənistan indi siyasi seytinot vəziyyətindədir. Ermənistan kompasını itirmiş, yolunu itirmiş duruma gəlib çıxıb. Rusiya ilə onların arasındakı qarşıdurma pik həddədir."
News365.az