Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, parlamentin plenar iclasının gündəliyinə bir məsələ daxil edilib.
İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.