“Barselona“ klubunun hücumçusu karyerasını başa vurmağa hazırlaşır

“Barselona“ klubunun hücumçusu karyerasını başa vurmağa hazırlaşır
18 İyn 2024 17:29

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin hücumçusu Rafinya karyerasını başa vurmağa hazırlaşır.

News365.az "Football Espana"ya istinadən xəbər verir ki, bunu 27 yaşlı futbolçu özü bildirib.

Rafinya səbəb kimi psixoloji problemləri və tənqidlərə dözə bilmədiyini əsas gətirib: “Şəxsi həyatımdakı və peşəkar karyeramdakı problemlərə görə hər şeyi tərk etməyi düşünürəm. Artıq təslim olmaq, futbolu tərk etmək barədə fikirləşirəm. Çünki bəzi psixoloji problemlərin, çətinliklərin, medianın və azarkeşlərin hücumlarının öhdəsindən gələ bilmədim".

Qeyd edək ki, hücumçu 2022-ci ilin yayında 58 milyon avroya İngiltərənin "Lids" klubundan Kataloniya təmsilçisinə transfer olunub.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər