Balıqlı “şuba” salatı ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ

Balıqlı “şuba” salatı ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
13:44

Balıq qatılaraq hazırlanan “şuba” salatı bəzi hallarda orqanizm üçün arzuolunmaz təsirlər yarada bilər. Bu barədə rusiyalı qidalanma üzrə mütəxəssis Yekaterina Solomatina xəbərdarlıq edib.

Onun sözlərinə görə, salatın tərkibində istifadə edilən məhsullar tək-tək faydalı olsa da, birgə qəbul edildikdə həzm sisteminə əlavə yük salır. Xüsusilə siyənək balığı, nişastalı tərəvəzlər və yüksək yağ tərkibli mayonezin eyni vaxtda istifadə olunması mədədə ağırlıq və narahatlıq hissi yarada bilər.

Dietoloq qeyd edib ki, bu cür ağır tərkibli salatların tez-tez menyuya daxil edilməsi tövsiyə olunmur. Əgər istehlak edilərsə, miqdarına diqqət yetirilməli və nadir hallarda yeyilməlidir.

Mütəxəssislər həmçinin bayram günlərində fiziki aktivliyin artırılmasını məsləhət görürlər. Açıq havada gəzinti, üzgüçülük və ya qış idman növləri həzmin yaxşılaşmasına kömək edir və şişkinlik riskini azaldır.

Qeyd edək ki, Azərbaycanda “şuba” salatı əksər hallarda balıq əvəzinə toyuq filesi ilə hazırlanır.



Sizin reklam burada
Sizin reklam burada