"Balanslı qidalanma vitamin çatışmazlığının qarşısını alır”.
News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qastroenteroloq mütəxəssisi Emin Məmmədov canlı yayımda vitamin çatışmazlığı və əlamətlərindən danışıb.
O bildirib ki, əgər bir insan düzgün və balanslı qidalanırsa, vitamin çatışmazlığı yaranmır. Əks halda isə orqanizmdə problem mövcuddur:
“Pasiyentin dırnaqları tez qırılırsa, saçında qabıqlanma və kəpəklənmə müşahidə olunursa, tez-tez yorğunluq və yuxululuq yaranırsa, bu hallarda vitamin çatışmazlığı ola bilər”, – deyə E.Məmmədov vurğulayıb.
News365.az