Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürüb

Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürüb
18 İyl 2025 22:45

İyulun 18-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News365.az-a verilən məlumata görə, Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən 1954-cü il təvəllüdlü piyada Pitimat Eminovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Sizin reklam burada
Sizin reklam burada