Bakının mərkəzində yanan binadan üç əcnəbi xilas edildi

Bakının mərkəzində yanan binadan üç əcnəbi xilas edildi
12:55

Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.

 İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib. Yanğının yenidən gücləndiyi bildirilir.

Yanğın nəticəsində ev sahibi olan qadın və kişi xəsarət alıblar. Xəsarət alanların bacı-qardaş olduğu müəyyən edilib.

Binadan üç əcnəbinin də xilas edildiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada