Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı yollarında saat 18:02-yə olan vəziyyəti açıqlayıb.
News365.az xəbər verir ki, hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
5. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
6. Zərifə Əliyeva küçəsində;
7. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
8. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
14. İstiqlaliyyət küçəsi, "Sabir" parkının qarşısında;
15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.