Uzun fasilədən sonra – 32 ildən sonra Bakıdan Ağdama ilk sərnişin qatarı hərəkətə başlayıb.
Tarixi səfərin ilk sərnişinləri tanınmış ictimaiyyət nümayəndələri olublar. Qatarla Ağdama gedənlər arasında millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Mirzəbəyli, Xalq artisti Əli Nur və xanəndə Cabir Abdullayev yer alıb.
Bu hadisə işğaldan azad olunmuş Ağdamın sosial-iqtisadi və mədəni həyatına yeni nəfəs gətirəcək mühüm addım kimi qiymətləndirilir.