Azərbaycanda nikahlar artıb - boşanmalar azalıb

Azərbaycanda nikahlar artıb - boşanmalar azalıb
14 Okt 2025 16:10

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.


Sizin reklam burada
Sizin reklam burada