Bakıda satıcını bıçaqla hədələdi _ ANBAAN VİDEO

Bakıda satıcını bıçaqla hədələdi _ ANBAAN VİDEO
08 Mar 2025 12:39

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.

Bu barədəNews365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com


Sizin reklam burada
Sizin reklam burada