Rusiyada azyaşlının diversiya törətməyə cəhd etməsi müzakirələrə səbəb olub. Belə ki, Kemerovo vilayətində 16 yaşlı yeniyetmə dəmir yolunda təxribat törətməyi planlaşdırıb. Həmin şəxs saxlanılaraq nəzarətə götürülüb.
Sibir nəqliyyat polisinin məlumatına görə, hadisə şahidləri Prokopyevskdə dəmiryol vağzalında piyadalar üçün körpünün üzərində dayanan şübhəli gənc haqqında hüquq-mühafizə orqanlarına məlumat veriblər. Gənc saxlanılandan sonra onun bel çantasında yanacaq dolu konteyner, üzünü gizlətmək üçün balaklava və cinayətə hazırlığı sübut edən digər faktlar aşkar edilib.
Məlum olub ki, yeniyetmə messencerlərdən birində dəmir yolunda təxribat törətmək üçün sifariş alıb. O, pul müqabilində lokomotivi yandırmalı imiş.
Saxlanılan şəxs barəsində terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.
Saytlar yazırlar ki, əgər onun lokomotivə hücumu reallaşardısa, bu dəhşətli faciə, xeyli sayda insanın ölümü ilə nəticələnə bilərdi.
Tural