Azyaşlı çoxmərtəbəli binadan yıxılaraq ölüb

Azyaşlı çoxmərtəbəli binadan yıxılaraq ölüb
24 Avq 2025 18:23

Abşeron rayonunda faciəvi hadisə baş verib.

Hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada