Azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb

Azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb
20:25

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayevi bıçaqlayan şəxs saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Dneprdə yaşayan diaspor fəalımız Eldar Tağıyev məlumat verib.

“Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”ndan Sərxoş İsmayılov, diaspor fəalları Eldar Tağıyev və Pərviz Əliyev, həmçinin Krivoy-Roq şəhərində yaşayan soydaşlarımız Hilal İsayevin müalicə aldığı xəstəxanada olublar. “Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bıçaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir”, - deyə Eldar Tağıyev əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.


Sizin reklam burada
Sizin reklam burada