Azərbaycan səfirliyinin işçisi içib, qəza törətdi
News365.az-ın məlumatina görə, bu barədə Litvanın "Delfi" xəbər agentliyi paylaşıb.
Deyilir ki, Azərbaycan səfirliyinə məxsus avtomobil Vilnüs şəhərinin mərkəzində qəza törədib. Sürücünün sərxoş olduğu müəyyən edilib.
Litva polisinin məlumatına görə, saat 21:20 radələrində Vilnüs şəhərinin mərkəzində “Volkswagen Golf” və “Volkswagen Passat” markalı avtomobillərin toqquşması barədə məlumat daxil olub. Polis deyir ki, qəzam Azərbaycan səfirliyinə məxsus “Volkswagen Passat” markalı avtomobil törədib.
Səfirliyin avtomobilində 4 nəfər olub, onların hamısı sərxoş olub. Polis qəzanı törədən sürücünün qanında 1,4 promil spirt olduğunu deyib.
Azərbaycan səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi hadisəylə bağlı heç bir açıqlama verməyib.