Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Məmmədov Sübhan Murad oğlu Rusiya vətəndaşlığından çıxarılıb.
News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Araşdırmalarla Məmmədov Sübhan Murad oğlunun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi müəyyən edilib. Bu səbəbdən o, Rusiya vətəndaşlığından məhrum edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, Sübhan Məmmədovun həm də Azərbaycan vətəndaşlığı var. Hazırda onun BƏƏ-də olduğu deyilir. Blogerin İnstaqram hesabı 13,5 milyon abunəçiyə sahibdir.