Azərbaycan–İsrail münasibətləri rasional və strateji əsaslar üzərində qurulub

Azərbaycan–İsrail münasibətləri rasional və strateji əsaslar üzərində qurulub
16:51

Azərbaycan–İsrail münasibətləri kifayət qədər dinamik inkişaf mərhələsindədir və bu əlaqələr digər dövlətlərlə münasibətlərdə müşahidə olunan emosional çaxnaşmalardan fərqli olaraq, tam rasional və real strateji hədəflər üzərində formalaşıb.

Bunu politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında etibarlı tərəfdaşlıq mövcuddur və Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən Təhlükəsizlik Şurası çərçivəsində fəallığı, eləcə də Qəza bölgəsində yenidənqurma proseslərində əsas aktorlardan biri kimi çıxış etməsi bu münasibətlərə müsbət təsir göstərir.

Politoloq bildirib ki, Azərbaycan regionun əsas aktor dövlətlərindən biri olaraq regional proseslərdə söz sahibidir və bu amil İsraillə münasibətlərin yalnız Orta Şərq kontekstində deyil, eyni zamanda Avrasiya məkanında baş verən proseslərə təsir imkanlarını genişləndirir.

Aytən Qurbanova İran–İsrail gərginliyinə də toxunaraq qeyd edib ki, son dövrlərdə regionda baş verən proseslər fonunda Azərbaycanın birləşdirici və barışdırıcı mövqeyi həm İsraillə münasibətlərə, həm də digər region dövlətləri ilə əlaqələrin normallaşdırılmasına və gərginliyin azalmasına müsbət təsir göstərir.

Politoloqun fikrincə, İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri də təsadüfi deyil. Onun sözlərinə görə, beynəlxalq və regional münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan kimi etibarlı tərəfdaş və sülhün əsas təşviqatçısı olan bir dövlətlə əlaqələrin inkişaf etdirilməsi İsrail üçün də prioritet istiqamətlərdən biridir.


Sizin reklam burada
Sizin reklam burada